Əsas Səhifə > Maraq > "Neftçi"nin qapıçısı əməliyyat olunacaq, 5 ay yaşıl meydanlardan kənar qalacaq
"Neftçi"nin qapıçısı əməliyyat olunacaq, 5 ay yaşıl meydanlardan kənar qalacaq9-07-2023, 17:30 |
"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib. BrendSport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib. O, oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq". Qeyd edək ki, "Neftçi" iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub. Geri qayıt |