Əsas Səhifə > Maraq > Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatının finalına yüksəlib


6-07-2023, 21:00


Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində start götürən U-15 Avropa çempionatında finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 46 kq-da çıxış edən idmançı ardıcıl olaraq xorvatiyalı Ayla Kadriyi, rumıniyalı Orsolya Sover, rusiyalı Polina Boçkareva və belaruslu Ella Sudkoya qalib gəlib. O, finalda macarıstanlı Mariya Jitovozla güləşəcək

42 kq-da mübarizə aparan Nəzrin Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) - Mariya Qkika (Yunanıstan) görüşünün qalibi ilə qarşılaşacaq.

58 kq çəki dərəcəsində yarışan Fidan Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinanı sınağa çəkəcək.

39 kq-dakı Əfsanə İslamova isə təsnifat mərhələsində xorvatiyalı Lara Blazekoviçə "tuş"la məğlub olub.

Qeyd edək ki, təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək.
Geri qayıt