Əsas Səhifə > Maraq > Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi təyin olunub

Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi təyin olunub


3-07-2023, 20:30


İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasının baş məşqçisi təyin olunub.

BrendSport.az
xəbər verir ki, 42 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

İngiltərəli çalışdırıcı məşqçilik karyerasına 2017-ci ildə "Liverpul"un gənclər komandasında başlayıb. 2019-cu ildə Şotlanidya "Reyncers"inin sükanı arxasına keçən Cerrard 3 il sonra "Aston Villa"ya baş məşqçi təyin olunub.

O, 2022-ci ilin oktyabrında uğursuz nəticələrə görə Birmingem təmsilçisindən istefaya göndərilib.
Geri qayıt