Əsas Səhifə > Maraq > Boks üzrə yığmamız III Avropa Oyunlarını yeddinci pillədə başa vurub
Boks üzrə yığmamız III Avropa Oyunlarını yeddinci pillədə başa vurub2-07-2023, 19:10 |
Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb. BrendSport.az xəbər verir ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir. Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar. Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar. Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib. Geri qayıt |