Əsas Səhifə > Maraq > Avropa Oyunları: Azərbaycan boksçusu gümüş medal qazanıb
Avropa Oyunları: Azərbaycan boksçusu gümüş medal qazanıb2-07-2023, 17:15 |
Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb. BrendSport.az xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib. +92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub. Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər. Geri qayıt |