Əsas Səhifə > Maraq > “Bavariya”nın fransalı futbolçusu PSJ-yə keçib

“Bavariya”nın fransalı futbolçusu PSJ-yə keçib


29-06-2023, 17:10


Almaniyanın “Bavariya” klubunun futbolçusu Lukas Ernandes karyerasını vətəni Fransada davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, 27 yaşlı müdafiəçi PSJ ilə anlaşıb.

Bundesliqa çempionu oyunçusuna tibbi müayinədən keçmək üçün Parisə yollanmaq icazəsi verib. Ernandes PSJ ilə 3+1 illik şəxsi müqaviləyəni də razılaşdırıb. Paris təmsilçisinin keçid müqabilində münhenlilərə 47 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, Lukas Ernandes 2022/2023 mövsümündə “Bavariya”nın heyətində cəmi 7 oyun keçirib.
Geri qayıt