Əsas Səhifə > Maraq > Aysu Devrişova: “Hədəfim Polşada qızıl medal qazanmaqdır”
Aysu Devrişova: “Hədəfim Polşada qızıl medal qazanmaqdır”25-06-2023, 21:00 |
“Hədəfim burada qızıl medal qazanmaqdır”. BrendSport.az xəbər verir ki, bunu Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin edən muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Devrişova jurnalistlərə açıqlamasında deyib. 57 kq çəki dərəcəsində 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində qələbə qazanan 18 yaşlı idmançı çıxışından razılıq bildirib: “Görüş çox yaxşı keçdi. Bütün gücümü ortaya qoydum. Birinci raund yoxlanış xarakterli oldu, rəqibi yoxladım. Qələbə mənim üçün qürurvericidir. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”. Qeyd edək ki, Aysu Devrişova yarımfinal görüşünə iyunun 26-da çıxacaq. Geri qayıt |