Əsas Səhifə > Maraq > "Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bəlli olub

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bəlli olub


25-06-2023, 10:30


"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

BrendSport.az
xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyada 3 sınaq matçı keçirəcək. "Köhlən atlar" iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.
Geri qayıt