Əsas Səhifə > Maraq > Mərakeş millisinin futbolçusu "Mançester Siti"yə keçə bilər
Mərakeş millisinin futbolçusu "Mançester Siti"yə keçə bilər24-06-2023, 14:30 |
Fransanın PSJ klubunun və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər. BrendSport.az xəbər verir ki, "Mançester Siti" 25 yaşlı müdafiəçi ilə maraqlanır. "Şəhərlilər" Kayl Uokerin mümkün gedişi ilə əlaqədar afrikalı oyunçunu heyətinə qatmaq niyyətindədir. Üstəlik, qışda Almaniya "Bavariya"sına icarəyə verilən Joau Kanselu komandaya qayıtmayacaq. Qeyd edək ki, Əşrəf Hakimi 2021-ci ildən Paris təmsilçisində çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Geri qayıt |