Əsas Səhifə > Maraq > Mahir Emreli “Konyaspor”da mövsümün ən zəif futbolçusu seçilib

Mahir Emreli “Konyaspor”da mövsümün ən zəif futbolçusu seçilib


24-06-2023, 10:30


Mahir Emreli Türkiyə klubu “Konyaspor”da 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib.

Bu da Super Liqa təmsilçisində ən aşağı göstəricidir. Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. 33 yaşlı oyunçu 7,24 xalla “Konyaspor”da mövsümün ən yaxşısı seçilib.

Qeyd edək ki, Mahir Emreli icarə əsasında formasını geyindiyi “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub. 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdıb.
Geri qayıt