Əsas Səhifə > Maraq > “Zenit”in braziliyalı futbolçusu “Neftçi” ilə oyun üçün kömək istəyib

“Zenit”in braziliyalı futbolçusu “Neftçi” ilə oyun üçün kömək istəyib


24-06-2023, 11:20


“Zenit”in braziliyalı futbolçusu Duqlas Santos Sankt-Peterburqda təşkil olunacaq “PARI Premyer” turnirinin “Neftçi” ilə açılış oyunu üçün kömək istəyib.

BrendSport.az
xəbər verir ki, 29 yaşlı müdafiəçi azarkeşlərdən həmin qarşılaşmada “Qazprom Arena”nın tribunalarını doldurmalarını xahiş edib.

Duqlas bunun yeni mövsümə yüksək motivasiya ilə hazırlaşmaq baxımından önəmli olduğunu söyləyib: “Bu turnir mövsümöncəsi çox vacibdir. Yoxlama görüşü xarakterli olsa da, təcrübəli və güclü rəqiblərlə qarşılaşmaq yeni mövsüm ərəfəsində səviyyəmizi qiymətləndirmək üçün yaxşı fürsətdir. İyulun ilk günündə keçirəcəyimiz birinci oyundan başlayaraq azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Bu, bizim yeni mövsümə daha yüksək əhvali-ruhiyyədə hazırlaşmağımıza təkan verəcək”.

Qeyd edək ki, “PARI Premyer” turnirinin ilk oyunu iyulun 1-də “Zenit”lə “Neftçi” arasında keçiriləcək. Azərbaycan klubu ayın 8-də Serbiya “Srvena Zvezda”sı, 15-də isə Türkiyə “Fənərbağça”sı ilə üz-üzə gələcək.
Geri qayıt