Əsas Səhifə > Maraq > "Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb


22-06-2023, 14:10


İspaniyanın "Real Madrid" klubu futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.

BrendSport.az
xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Real Madrid"in yetirməsi olan Naço Fernandes 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 3 dəfə La Liqanın, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.

"Kral klubu" daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırıb.
Geri qayıt