Əsas Səhifə > Maraq > "Qəbələ"nin titullu və rekordçu rəqibi: "Omoniya" heç vaxt elitanı tərk etməyib
"Qəbələ"nin titullu və rekordçu rəqibi: "Omoniya" heç vaxt elitanı tərk etməyib21-06-2023, 19:30 |
"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr "Omoniya"sını əsası 1948-ci ildə qoyulub. BrendSport.az xəbər verir ki, Nikosiyanı təmsil 75 yaşlı komanda ev oyunlarını 22 859 tamaşaçı tutumuna malik "GSP Stadium"da keçirir. "Omoniya" ölkəsinin ən titullu klublarından biridir. Nikosiyalılar 21 dəfə Kipr çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Superkuboku rekord sayda – 17 dəfə əldə edib. “Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. “Omoniya”nın hesabında üç tripl (çempionluq, kubok, Superkubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/21 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb. Komandanın avrokuboklardakı debütü 1965/1966 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıblar. Lakin son illərdə “Omoniya” azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiya təmsilçisi Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Konfrans Liqasının qrupunda “Qarabağ”la matçlarda bir xal əldə edib – 1:4, 2:2. 2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı “Omoniya” ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Azərbaycanda, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək. Geri qayıt |