Əsas Səhifə > Maraq > Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub

Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub


21-06-2023, 15:25


UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Geri qayıt