Əsas Səhifə > Maraq > Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir
Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir21-06-2023, 09:20 |
Uruqvay millisinin futbolçusu Luis Suares karyerasını başa vurmaq istəyir. BrendSport.az xəbər verir ki, 36 yaşlı hücumçu səhhətindəki problemlərə görə bu addımı ata bilər. Təcrübəli forvard artıq çıxış etdiyi Braziliyanın "Qremio" klubunu məlumatlandırıb. A Seriyası təmsilçisi isə Suaresin başqa klubla müqavilə imzalayacağı təqdirdə, ondan təzminat almaq niyyətindədir. Qeyd edək ki, Luis Suaresin sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır. O, karyerası ərzində Niderlandda "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona" kimi komandaların formasını geyinib. Geri qayıt |