Əsas Səhifə > Maraq > İspaniya klubu 40 yaşlı qapıçının müqaviləsinin müddətini uzadıb

İspaniya klubu 40 yaşlı qapıçının müqaviləsinin müddətini uzadıb


20-06-2023, 15:00


İspaniyanın "Betis" klubu qapıçısı Klaudio Bravo ilə müqavilənin müddətini uzadıb.

BrendSport.az
xəbər verir ki, 40 yaşlı qolkiper 2023/2024 mövsümündə də komandada çıxış edəcək.

Qeyd edək ki, Çili millisinin üzvü 2020-ci ildən "Betis"in uğurları üçün çalışır. O, daha əvvəl İspaniyada "Barselona" və İngiltərədə "Mançester Siti" kimi klubların da formasını geyinib.
Geri qayıt