Əsas Səhifə > Maraq > PSJ-nin qapıçısı 3 həftədən sonra komadan ayılıb
PSJ-nin qapıçısı 3 həftədən sonra komadan ayılıb19-06-2023, 18:20 |
Üç həftədir reanimasiyada olan Fransanın PSJ klubunun qapıçısı Serxio Riko komadan ayılıb. BrendSport.az xəbər verir ki, bu barədə ispaniyalı qolkiperin xanımı Alba Silva "Telecinco" kanalına açıqlama verib. "Nəhayət, tunelin sonunu görürük. Addım-addım gedirik. Əvvəldən bilirdim ki, Serxio bu işin öhdəsindən gələcək. Çünki əsl çempiondur", - o bildirib. Qeyd edək ki, Serxio Riko ölkəsində istirahətdə olarkən atdan yıxılaraq başından ciddi xəsarət alıb. Geri qayıt |