Əsas Səhifə > Maraq > İspaniya millisi UEFA Millətlər Liqasının qalibi olub

İspaniya millisi UEFA Millətlər Liqasının qalibi olub


19-06-2023, 02:00


Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının finalında Xorvatiyaya penaltilər seriyasında qalib gəlib.

BrendSport.az
xəbər verir ki, görüş Rotterdamda baş tutub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə üstünlük qazanıb.

İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.
Geri qayıt