Əsas Səhifə > Maraq > "Sağlam həyat tərzi xoşbəxtlikdir"
"Sağlam həyat tərzi xoşbəxtlikdir"17-01-2018, 20:36 |
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin, "Sağlam həyat tərzi xoşbəxtlikdir" layihəsi Sumqayıt şəhəri 6 №-li orta məktəbində keçirilmişdir. Tədbirdə həkim-ekspert, tanınmış idmançılar, şagird və müəllimlər iştirak etmişlər. Layihənin rəhbəri Aynur Məmmədovanın verdiyi məlumata görə, məhz Sumqayıt şəhərindən kənar məktəblər (Corat qəsəbəsi, H.Z.Tağıyev qəsəbəsi, Stansiya Sumqayıt) bura daxildi. Kənar məktəbləri seçməkdə məqsədimiz onların daha çox maariflənməyə ehtiyacları olduğu üçündür. Bu təlimdə həkim məsləhətindən əlavə, uşaqlara motivasiya təlimi də keçrilmişdir. Motivasiyadan sonra uşaqlarin təhsilə, idmana, düzgün qidaya, aktiv həyat sürməyə, pis vərdişlərdən uzaq olmağa maraqları daha da artmışdır. Şagirdlər bu mövzular haqqında geniş məlumatlandırılməşdır. İnşAllah gələcəkdə belə təlimlərin regonlarda keçirlməsini nəzərdə tuturuq. Belə təlimlər gələcyimizin sağlam böyüməsi üçün çox vacibdir. Əliqasım Məmmədov Geri qayıt |