Əsas Səhifə > Maraq > Kilian Mbappe PSJ ilə müqaviləsini uzatmayacağını açıqlayıb

Kilian Mbappe PSJ ilə müqaviləsini uzatmayacağını açıqlayıb


13-06-2023, 16:30


Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, 25 yaşlı hücumçu AFP agentliyinə açıqlamasında məsələ ilə klub rəhbərliyini məlumatlandırdığını bildirib.

"PSJ ilə müqavilənin yenilənməsini heç vaxt müzakirə etməmişəm. Hələ ötən il iyulun 15-də kluba qərarım barədə məlumat verilib. İndi göndərilən məktub yalnız onlara dediklərimi təsdiqləmək üçün nəzərdə tutulub".

Qeyd edək ki, Kilian Mbappe başa çatan mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.
Geri qayıt