Əsas Səhifə > Maraq > PSJ Mbappenin satışı üçün "Real Madrid"lə danışıqlara başlayıb

PSJ Mbappenin satışı üçün "Real Madrid"lə danışıqlara başlayıb


13-06-2023, 11:15


Fransanın PSJ klubu ulduz futbolçusu Kilian Mbappenin satışı ilə bağlı İspaniya təmsilçisi "Real Madrid"lə danışıqlara başlayıb.

BrendSport.az
xəbər verir ki, ölkə çempionu 25 yaşlı hücumçu müqaviləni uzatmaq istəmədiyi üçün bu addımı atıb.

Rəhbərlik forvardı bu yay satmaq məqsədilə "kral klubu"nun prezidenti Florentino Pereslə əlaqə saxlayıb. Paris təmsilçisi keçiddən 200 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ildə bitəcək. O, başa çatan mövsümdə komandanın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt