Əsas Səhifə > Maraq > Azərbaycan millisinin futbolçusu Bolqarıstan klubunda tibbi müayinədən keçib

Azərbaycan millisinin futbolçusu Bolqarıstan klubunda tibbi müayinədən keçib


12-06-2023, 13:30


Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda tibbi müayinədən keçib.

BrendSport.az
xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Hüseynovun Bolqarıstan təmsilçisi ilə üç illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ildən "Zirə"nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında "Şamaxı"nın formasını geyinib.
Geri qayıt