Əsas Səhifə > Maraq > Araz Abdullayevin komandası çətin səfərdən xalla dönür

Araz Abdullayevin komandası çətin səfərdən xalla dönür


14-01-2018, 20:35



Kiprin Birinci Divizionunda XX tur davam edir. Milli komandamızın oyunçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.
Səfərdə çempionluq yolundakı əsas rəqiblərindən olan “Apollon”la qarşılaşan Famaqusta təmsilçisi oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.
Matça start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 20-ci turdan sonra aktivində 41 xal olan “Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Apasport.az
Geri qayıt