Əsas Səhifə > Maraq > "Qalatasaray" Okan Burukla müqaviləni uzadıb
"Qalatasaray" Okan Burukla müqaviləni uzadıb7-06-2023, 17:00 |
Türkiyənin son çempionu "Qalatasaray" baş məşqçisi Okan Burukla müqavilənin müddətini uzadıb. BrendSport.az xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssisin sözləşməsinin uzadılma bəndini aktivləşdirib. Klub ötən ilin yayında Burukla 1+1 illik müqavilə imzalamışdı. Bu isə o deməkdir ki, təcrübəli çalışdırıcı 2023/2024 mövsümündə də komandanın sükanı arxasında olacaq. Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Okan Burukun rəhbərliyi altında Türkiyə Super Liqasının qalibi olub. Geri qayıt |