Əsas Səhifə > Maraq > Rusiya millisi evdə keçirilən dünya çempionatından kənarda qala bilər

Rusiya millisi evdə keçirilən dünya çempionatından kənarda qala bilər


14-01-2018, 19:49


Rusiya millisi 2018-ci il dünya çempionatında dopinqdən istifadə etməyi planlaşdırırmış.

Bu iddia ilə nüfuzlu "Daily Mail" nəşri çıxış edib. Mənbə Moskva Anti-Dopinq laboratoriyasının sabiq prezidenti Qriqori Rodçenkonun yaxın ətrafına istinad edərək yazır ki, ruslar futbolçulardan götürülən test nümunələrini əvəzləmək istəyiblər. FİFA bu məsələni araşdıracağına söz verib. Məlumat öz təsdiqini tapsa, Rusiya millisinin mundialda iştirakına qadağa qoyula bilər. Qeyd edək ki, FİFA 23-ü millidə çıxış edən 34 futbolçunun dopinq qəbul etməsindən şübhələnir.

Geri qayıt