Əsas Səhifə > Maraq > "Norway Chess": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək

"Norway Chess": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək


5-06-2023, 09:40

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, 38 yaşlı qrossmeyster VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giriylə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Geri qayıt