Əsas Səhifə > Maraq > U-20 milli komandamız çətin sınaq öncəsi hazırlıq prosesinə başlayıb

U-20 milli komandamız çətin sınaq öncəsi hazırlıq prosesinə başlayıb


3-06-2023, 14:15


1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

BrendSport.az
xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi yığmamız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirir.

U-20 milli komandamızın hazırlıq prosesindəki əsas məqsədi, 7-16 iyul Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.
Geri qayıt