Əsas Səhifə > Maraq > Emin Mahmudov: "Karyeram barədə düşünməmişəm, bütün diqqətim finaldadır"

Emin Mahmudov: "Karyeram barədə düşünməmişəm, bütün diqqətim finaldadır"


2-06-2023, 18:00


"Hələlik gələcək karyeram barədə düşünməmişəm. Bütün diqqətim finaldadır".

BrendSport.az
xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı kapitan müqavilənin o qədər də vacib olmadığını bildirib: "Mənim üçün əsas kuboku əldə etməkdir".

Təcrübəli oyunçu meydana kuboku qazanmaq üçün çıxacaqlarını bildirib: "Yaxşı rəqibə qarşı oynayacağıq. Topla əla rəftar edirlər".

Mahmudov hər iki kollektivin titula sahib çıxmaq əzmində olacağını söyləyib: "Komandaların üzərində təzyiq bərabər olacaq. Biz oyunumuzu onlara göstərərək, qələbə qazanmaq, kuboka yiyələnmək istəyirik".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.
Geri qayıt