Əsas Səhifə > Maraq > "Sevilya" - "Roma" matçının baş hakimi hücuma məruz qalıb

"Sevilya" - "Roma" matçının baş hakimi hücuma məruz qalıb


2-06-2023, 07:30


Macarıstanda İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçirilmiş UEFA Avropa Liqasının final oyununu idarə edən ingiltərəli baş hakim Entoni Teylor hücuma məruz qalıb.

BrendSport.az
xəbər verir ki, hadisə Budapeşt hava limanında baş verib. İtaliyalı fanatlar FIFA referisinin əleyhinə şüarlar səsləndiriblər. Ardınca isə tərəfdarlar Teylor və yaxınlarına fiziki təzyiq göstərməyə çalışıblar.

Təhlükəsizlik xidmətinin əməkdaşları və polislər insidentin böyüməsinə imkan verməyiblər.

Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Sevilya" tarixində 7-ci dəfə titula sahib çıxıb. Entoni Teylor oyun ərzində bəzi mübahisəli qərarları ilə yadda qalıb.
Geri qayıt