Əsas Səhifə > Maraq > Luka Modriç Səudiyyə Ərəbistanında oynamaq istəyir

Luka Modriç Səudiyyə Ərəbistanında oynamaq istəyir


1-06-2023, 14:00



İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç komanda yoldaşı Kərim Benzema ilə birlikdə karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq istəyir.

Xorvatiyalı oyunçu klub rəhbərliyini məlumatlandırıb.

Modriçin sözügedən ölkədən 3 il ərzində 120 milyon avro qazana biləcəyi təklif aldığı bildirilib.

Qeyd edək ki, təcrübəli futbolçunun "Real Madrid"lə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.
Geri qayıt