Əsas Səhifə > Maraq > "Zirə" "Fənərbağça" ilə yoldaşlıq oyunu keçirə bilər

"Zirə" "Fənərbağça" ilə yoldaşlıq oyunu keçirə bilər


31-05-2023, 14:30



"Zirə" Türkiyənin "Fənərbağça" klubu ilə Bakıda yoldaşlıq oyunu keçirə bilər.

BrendSport.az
xəbər verir ki, bu barədə "qartallar"ın prezidenti Taleh Nəsibovla İstanbul təmsilçisinin baş katibi Burak Kızılhan arasında danışıq aparılıb.

“Fənərbağça"nın ofisində baş tutan görüşdə, həmçinin, Azərbaycan Minifutbol Federasiyasının və Türkiyə klubunun İdarə Heyətinin üzvüləri də iştirak ediblər.

Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda görüş iştirakçıları bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
Geri qayıt