Əsas Səhifə > Maraq > İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb


27-05-2023, 14:00





“Goal” nəşri İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün simvolik komandasını tərtib edib.

BrendSport.az
xəbər verir ki, rəmzi “11-liy”ə dörd komandanın oyunçuları düşüblər.

Çempion “Mançester Siti”nin 4, ikinci pillədəki “Arsenal”ın 3 üzvü simvolik komandada yer alıb. Həmçinin, “Nyukasl” və “Mançester Yunayted” də hərəyə 2 futbolçu ilə təmsil olunublar.

Qapıçı: Nik Poup (“Nyukasl”);

Müdafiəçilər: Kiran Trippier (“Nyukasl”), Vilyam Saliba (“Arsenal”), Lisandro Martines (“Mançester Yunayted”), Natan Ake (“Mançester Siti”);

Yarımmüdafiəçilər: Martin Edeqor (“Arsenal”), Rodri, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”);

Hücumçular: Bukayo Saka (“Arsenal”), Erlinq Holann (“Mançester Siti”), Markus Reşford (“Mançester Yunayted”).
Geri qayıt