Əsas Səhifə > Maraq > “Partizan” tarixində dördüncü dəfə Azərbaycan klubu ilə qarşılaşa bilər

“Partizan” tarixində dördüncü dəfə Azərbaycan klubu ilə qarşılaşa bilər


27-05-2023, 13:00




Serbiya klubu “Partizan” tarixində dördüncü dəfə avrokuboklarda Azərbaycan komandası ilə qarşılaşa bilər.

BrendSport.az
xəbər verir ki , 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bunun baş tutmaq ehtimalı var.

Serbiya Super Liqasında sona bir tur qalmış 4-cü yeri təmin edən Belqrad təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirinə III təsnifat mərhələsindən başlayacaq. Azərbaycan klubları “Neftçi”, “Sabah” və digər komanda (“Zirə” və ya “Qəbələ”) isə II raunddan yarışa qoşulacaqlar.

Premyer Liqa iştirakçıları mərhələ adlamağı bacarsalar, növbəti raundda səpələnməmişlərdə yer alacaqlar. “Partizan” isə püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağından, Azərbaycan komandaları onun potensial rəqibləri olacaqlar.

Qeyd edək ki, daha əvvəl 2008/2009 mövsümündə UEFA Çempionlar Liqasında “İnter”lə (indiki “Şamaxı”) qarşılaşan “Partizan” 2012/2013 və 2014/2015 mövsümlərində UEFA Avropa Liqasında “Neftçi” ilə üz-üzə gəlib.
Geri qayıt