Əsas Səhifə > Maraq > Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb


24-05-2023, 13:00
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.

O, səkkizdəbir final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. M.Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın üçüncü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.
Geri qayıt