Əsas Səhifə > Maraq > Azərbaycanın 12 cüdoçusu Qran-pridə iştirak edəcək, Kəramət Hüseynov heyətdən çıxarılıb

Azərbaycanın 12 cüdoçusu Qran-pridə iştirak edəcək, Kəramət Hüseynov heyətdən çıxarılıb


23-05-2023, 13:30





Azərbaycan cüdo millisinin Avstriyanın Linz şəhərində keçiriləcək Qran-Pri turniri üçün yekun heyəti müəyyənləşib.

BrendSport.az xəbər verir ki, yarışda 8 kişi, 4 qadın idmançı mübarizə aparacaq.

Məşqçilər korpusu Kəramət Hüseynov (66 kq) və Aydan Vəliyevanı (52 kq) ilkin heyətdən çıxarıb.

Kişilərin heyətində Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) Qran-pridə qüvvələrini sınayacaqlar.

Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmağa çalışacaqlar.

Ümumilikdə 75 ölkə təmsilçilərinin çıxış edəcəyi Qran-Pri 25-27 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu ötən həftə jurnalistlərlə görüşündə Kəramət Hüseynovun məşqlərə qatılmadığını, nizam-intizamla bağlı problemi olduğunu bildirmişdi.
Geri qayıt