Əsas Səhifə > Maraq > Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə dörd medal qazanıblar
Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə dörd medal qazanıblar21-05-2023, 10:05 |
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir. BrendSport.az xəbər verir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər. Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib. Avropa kuboku turnirinə bu gün yekun vurulacaq. Geri qayıt |