Əsas Səhifə > Maraq > Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"
Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"20-05-2023, 13:00 |
"Əsas məqsədim Azərbaycanda qızıl medal qazanmaqdır". BrendSport.az xəbər verir ki , bunu braziliyalı taekvondoçu Larisa Rossi Bakıda keçiriləcək dünya çempionatındakı hədəfləri barədə danışarkən deyib. 53 kq-da çıxış edən 23 yaşlı idmançı bildirib ki, mundialda birinci yeri tutmaqla arzusunu həyata keçirmək istəyir: "Döyüşçü kimi ən güclü tərəfim zehnimdir. Dayanq üzərinə çıxanda çox aqressiv olur, ən yaxşı döyüşümü göstərmək istəyirəm. Rəqiblərimə böyük hesabla qalib gəlməyi xoşlayıram". Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq. Geri qayıt |