Əsas Səhifə > Maraq > Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb
Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb20-05-2023, 17:00 |
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb. BrendSport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb. III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb. Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub. Geri qayıt |