Əsas Səhifə > Maraq > Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar

Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar


19-05-2023, 18:30





UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

BrendSport.az xəbər verir ki, AL-də bu ada İspaniya "Sevilya"sından Erik Lamela layiq görülüb. Argentinalı yarımmüdafiəçi evdə İtaliya "Yuventus"unu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə qələbə topunun müəllifi olub.

KL-də isə həftənin oyunçusu İtaliya "Fiorentina"sından Nikolas Qonsales seçilib. Argentina millisinin hücumçusu İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki qol vurub.
Geri qayıt