Əsas Səhifə > Maraq > "Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib

"Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib


19-05-2023, 07:30





Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

BrendSport.az xəbər verir ki , bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
Geri qayıt