Əsas Səhifə > Maraq > Avropa Liqası: "Sevilya" finalda "Roma"ya rəqib olub
Avropa Liqası: "Sevilya" finalda "Roma"ya rəqib olub19-05-2023, 06:30 |
"Sevilya" finalda İtaliyanın digər təmsilçisi "Roma" ilə qarşılaşacaq. UEFA Avropa Liqasında ilk finalçı bəlli olub. BrendSport.az xəbər verir ki , yarımfinalın cavab oyununda Almaniyada "Bayer"lə qolsuz bərabərə qalan İtaliya "Roma"sı adını həlledici görüşə yazdırıb. İlk matçda "canavar"la 1:0 hesablı qələbə qazanmışdı. İspaniyada "Sevilya" ilə İtaliya "Yuventus"u arasında oynanılan qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. İlk oyunda da eyni hesab qeydə alındığından əlavə vaxt olacaq. Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq. Geri qayıt |