Əsas Səhifə > Maraq > İspaniyada qalıqları tapılan yeni dinozavr növünə tanınmış klubun adı verilib
İspaniyada qalıqları tapılan yeni dinozavr növünə tanınmış klubun adı verilib19-05-2023, 00:00 |
İspaniyanın Kastelyon əyalətinin Sintorres şəhərində tədqiqatçılar qrupu əvvəllər məlum olmayan dinozavr növünün qalıqlarını aşkar ediblər. BrendSport.az xəbər verir ki , təqribən 11 metr uzunluğunda, 3 metr hündürlüyündə, uzun burnu və çoxlu konusvari dişi olan heyvana "Vilyarreal" komandasının adı verilib. Dinozavrın qalıqları La Liqa klubunun təmsil etdiyi əyalətdə tapıldığı üçün onu komandanın 2021-ci ildə Avropa Liqasında qazandığı qələbənin şərəfinə bu cür adlandırıblar. Qeyd edək ki, "Vilyarreal" finalda İngiltərə "Mançester Yunayted"ini məğlub edərək turnirin qalibi olub. Geri qayıt |