Əsas Səhifə > Maraq > "Tottenhem" Lukas Moura ilə vidalaşıb

"Tottenhem" Lukas Moura ilə vidalaşıb


18-05-2023, 22:00




İngiltərə "Tottenhem"i futbolçusu Lukas Moura ilə vidalaşıb.

BrendSport.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi mövsümün sonunda London təmsilçisini tərk edəcək.

31 yaşlı vingerin iyunun 30-da başa çatan müqaviləsi uzadılmayacaq.

Qeyd edək ki, Lukas Moura 2018-ci ildən "Tottenhem"də çıxış edir. Təcrübəli futbolçu bu müddət ərzində meydana çıxdığı 219 oyunda 38 qol vurub və 27 məhsuldar ötürmə edib.
Geri qayıt