Əsas Səhifə > Maraq > "Ayaks"ın qapıçısı 40 yaşında karyerasını bitirir

"Ayaks"ın qapıçısı 40 yaşında karyerasını bitirir


18-05-2023, 20:00





Niderlandın "Ayaks" komandasının qapıçısı Marten Stekelenburq peşəkar karyerasını başa vurur.

BrendSport.az xəbər verir ki, 40 yaşlı qolkiper cari mövsümün sonunda futbolla vidalaşacaq

Erediviziyanın XXXIII turunun "Utrext"lə ev matçı onun üçün sonuncu olacaq.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Marten Stekelenburq bu komanda ilə 4 dəfə Niderland çempionu və ölkə kubokunun qalibi olub. Qapıçı karyerası ərzində İtaliyanın "Roma", İngiltərənin "Everton", "Sauthempton" və "Fulhem" klublarında da çıxış edib.

Niderland millisində 63 oyun keçirən qolkiper yığma ilə 2010-cu il dünya çempionatında gümüş medal qazanıb.
Geri qayıt