Əsas Səhifə > Maraq > İngiltərə millisinin hücumçusu mərc oyunlarına görə futboldan kənarlaşdırılıb
İngiltərə millisinin hücumçusu mərc oyunlarına görə futboldan kənarlaşdırılıb17-05-2023, 21:00 |
BrendSport.az xəbər verir ki, 27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimələnib. Toni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib. Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir. Qeyd edək ki, Ayvan Toni bu mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Geri qayıt |