Əsas Səhifə > Maraq > Azərbaycan parabadmintonçusu reytinq xalı qazanmaq üçün Bəhreynə yollanıb

Azərbaycan parabadmintonçusu reytinq xalı qazanmaq üçün Bəhreynə yollanıb


17-05-2023, 16:15





Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Bəhreynin Manama şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.

BrendSport.az xəbər verir ki , idmançı baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında yarışa qatılacaq.

Bu gün start götürən turnir mayın 23-də başa çatacaq.

Qeyd edək ki, yarış Paris--2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.
Geri qayıt