Əsas Səhifə > Maraq > Dünya çempionatı öncəsi güləşçilərimiz Qırğızıstan, Macarıstan və Polşada turnirlərdə güclərini sınayacaqlar
Dünya çempionatı öncəsi güləşçilərimiz Qırğızıstan, Macarıstan və Polşada turnirlərdə güclərini sınayacaqlar15-05-2023, 14:00 |
BrendSport.az xəbər verir ki, dünya çempionatına artıq beş ay qalıb. Hazırda hər üç milli komandamız lisenziya xarakterli yarışın hazırlığına start verib. Sərxan Musalı qeyd edib ki, yunan-Roma və qadın güləşi üzrə millilərimiz Bakıda təlim-məşq toplanışı keçirlər. Sərbəst güləş üzrə yığmamız isə Rusiyaya yollanıb. Komandamız mayın sonunadək Vladiqafqazda hazırlıq keçəcək. “İyunda Qırğızıstanda, iyulda isə Macarıstanda reytinq turnirlərində iştirak nəzərdə tutulub. Bundan başqa, güləşçilərimizin Polşada keçiriləcək ənənəvi yarışda çıxış etməsi də planlaşdırılır. Komandalarımız bu yarışlarda iştirak etdikdən sonra dünya çempionatının son hazırlıq mərhələsinə qədəm qoyacaqlar. Çox güman, fiziki hazırlıq üzrə təlim-məşq toplanışı bölgələrimizdə keçiriləcək. Taktiki-texniki çalışmaların üstünlük təşkil edəcəyi son hazırlıq prosesi isə Bakıda reallaşacaq”, - deyə S.Musalı əlavə edib. Qeyd edək ki, güləş üzrə dünya çempionatı sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq. Geri qayıt |