Əsas Səhifə > Maraq > “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində 9 mümkün rəqibi bəlli olub
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində 9 mümkün rəqibi bəlli olub15-05-2023, 10:43 |
Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki 9 mümkün rəqibi bəlli olub. BrendSport.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlərin siyahısında yer alacaq Ağdam təmsilçisi reytinqi aşağı komandalardan birinə rəqib olacaq. Ümumiyyətlə, I raundun 32 iştirakçısından 22-si məlumdur. Püşk zamanı onlardan 10-u güclülər, 9-u zəiflər arasında olacaq. Digər 3 komandanın isə hansı səbətə düşəcəyi hələlik qeyri-müəyyəndir. Püşkatmada hər səbətdə 16 klub yer alacaq. “Qarabağ”ın isə Ermənistan çempionu ilə qarşılaşması mümkün olmadığından, Azərbaycan çempionu 15 komandadan birinə rəqib olacaq. İlkin mərhələnin qalibi də I raundda səpələnməmişlər arasında yer alacaq. “Qarabağ” Çempionlar Liqasındakı ilk duelindən üstün ayrılsa, II təsnifat mərhələsində də səpələnmişlərin səbətində qərarlaşacaq. UEFA Çempionlar Liqası İlkin mərhələ Səpələnmişlər: “Breydablik” (İslandiya) Monteneqro çempionu Səpələnməmişlər: “Tre Penne” (San-Marino) “Atletik Ekaldes” (Andorra) I təsnifat mərhələsi Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan) “Qarabağ” (Azərbaycan) “Slovan” (Slovakiya) BATE (Belarus) “Astana” (Qazaxıstan) “Jalgiris” (Litva) HIK (Finlandiya) “Flora” (Estoniya) “Şemrok Rovers” (İrlandiya) TNS (Uels) Səpələnməmişlər: “Klaksvik” (Farer adaları) “Dinamo” (Tbilisi, Gürcüstan) “Rakuv” (Polşa) “Haken” (İsveç) “Valmieras” (Latviya) “Larne” (Şimali İrlandiya) “Hamrun” (Malta) “Hesperange” (Lüksemburq) “Struqa” (Şimali Makedoniya) Qeyri-müəyyənlər: “Olimpiya” (Sloveniya) “Zrinski” (Bosniya və Herseqovina) “Linkoln” (Cəbəllütariq) Geri qayıt |