Əsas Səhifə > Maraq > Azərbaycanlı futbolçuların komandasından “Spartak”la heç-heçə
Azərbaycanlı futbolçuların komandasından “Spartak”la heç-heçə14-05-2023, 11:30 |
Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib. BrendSport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Start heyətdə meydana çıxan Quliyev 88-ci dəqiqədə məhz Sadıqovla əvəzlənib. Ayaz 64-cü, İlya isə meydandan çıxandan dərhal sonra sarı vərəqə ilə cəzalanıb. “Ximki” 27 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Geri qayıt |