Əsas Səhifə > Maraq > “Sabah” - “Beşiktaş” oyununun ilk hissəsi heç-heçə ilə yekunlaşıb
“Sabah” - “Beşiktaş” oyununun ilk hissəsi heç-heçə ilə yekunlaşıb13-05-2023, 19:00 |
Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında keçirilən xeyriyyə oyununun birinci hissəsi başa çatıb. BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matça “Sabah” klubu daha fəal başlayıb. Komada azarkeşlərini erkən qol ilə sevindirib. Oyunun 3-cü dəqiqəsində Aleksey Kaşuk Bakı təmsilçisini hesabda önə keçirib. İki dəqiqə sonra A.Kaşuk yenidən rəqibi meydanın mərkəzinə dəvət edib. Oyunun 23-cü dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Umut Meraş hesab arasındakı fərqi azaldıb. Görüşün 44-cü dəqiqəsində U.Meraş komandasının və özünün ikinci qolunu vurub. Matçın ilk hissəsi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək. Geri qayıt |